28 mart 2019 15:59
1884

BDU-da 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO

Bakı Dövlət Universitetində (BDU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib, şəhidlərin xatirəsi yad olunub.

Tədbirdə BDU-nun rektoru Elçin Babayev mənfur ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyası ilə əsrlərboyu qəsbkarlıq, azərbaycanlılara qarşı soyqırımı siyasəti apardıqlarını bildirib.

1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakıda, Qubada, Şamaxıda, ölkəmizin digər şəhər və rayonlarında törətdikləri qanlı faciələrdən danışan rektor qeyd edib ki, bədnam düşmən bu hadisələr zamanı 50 mindən çox azərbaycanlını qətlə yetirib. kəndləri, qəsəbələri, şəhərləri talan edib.

E.Babayev ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə bu qanlı qırğına siyasi və hüquqi qiymət verildiyini diqqətə çatdırıb.

Professor Musa Qasımlı 1918-ci ilin mart-aprel aylarında ermənilərin törətdikləri qanlı hadisələrin səbəblərindən danışıb.

Sonra tələbələr mövzu ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.