11 fevral 2019 14:22
163

Belarus məktəblisi müəlliməsini və sinif yoldaşını öldürüb

Belarusun Stolbtsı şəhərindəki məktəblərin birində sinfə soyuq silahla gələn məktəbli müəlliməsini və sinif yoldaşını qətlə yetirib.

AZƏRTAC Belarus KİV-lərinə istinadla xəbər verir ki, bıçaqlı məktəblinin yaraladığı daha bir neçə uşaq xəstəxanaya çatdırılıb. Polis hadisə yerindən qaçan cinayətkarın tapılması üçün Minsk vilayətinin altı rayonunda axtarış-əməliyyat tədbirləri həyata keçirir.

Minsk vilayəti daxili işlər idarəsinin məlumatına görə, insidentlə bağlı cinayət işi qaldırılıb, hadisənin başvermə səbəbləri araşdırılır.