09 avqust 2020 21:43
1095

Belarus MSK ilkin nəticələri açıqlayıb

Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko beş regionun səsvermələrinin nəticələrinə əsasən seçkilərdə liderdir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Belarusiyanın Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.

Onun sözlərinə görə, Aleksandr Lukaşenko 82,08 faiz, onun rəqibi Svetlana Tixanovskaya isə 6,98 faiz səs toplayıb.