28 yanvar 2020 10:02
1992

Bengü: Az da olsa səssiz qalın

Türkiyənin məşhur müğənnisi Bengü üç gün əvvəl Elazığda baş vermiş 6,8 ballıq zəlzələ ilə bağlı paylaşım edənlərə çağırış edib.

“İki sahil” xəbər verir ki, bu barədə müğənni “İnstagram” hesabında yazıb.

O, vətəndaşları baş vermiş hadisəyə daha həssas yanaşmağa səsləyib: “Bir az baxdıqda belə, insanın içi qan ağlayır. Kimisə mühakimə etmək həddimə deyil, ancaq özümü saxlaya bilmədim... Qəlbim qan ağlayır çünki... Yaxşı, gəzin-dolanın, yeyin-için, ancaq heç olmasa dağıntılar altında həyatını itirmiş vətəndaşlarımız çıxarılarkən, insanların həyatları başlarına yıxılmışkən, analar və uşaqlar həyat mübarizəsi apararkən azca da olsa səssiz qalın!”