17 may 2019 16:54
884

Berlində terrorçunun məhkəməsi başlanıb

Almaniya paytaxtında tunisli Anis Amrinin cinayət yoldaşı olması güman edilən 31 yaşlı Dağıstan sakini, Məhəmmədəli adlı şəxsin işi üzrə məhkəmə iclası başlanıb. AZƏRTAC xəbər verir ki, 2016-cı ilin axırlarında, Milad yarmarkası zamanı avtomobili yoldan keçən insanların üstünə qəsdən sürməkdə şübhəli sayılan Anis Amri keçən il həbs edilib.

Müttəhimlər kürsüsündə əyləşən Məhəmmədəli artıq mühakimə olunmuş tunisli ilə birlikdə Berlin şimalında iri dəmiryol vağzalındakı ticarət mərkəzində partlayış törətməkdən ibarət başqa bir terror aktı planlaşdırmaqda şübhəli sayılır. Xoşbəxtlikdən, həmin terror aktı baş tutmayıb.

Müstəntiqlər bildirirlər ki, Məhəmmədəli partlayıcı maddənin detonasiya edilməsini planlaşdırırdı. Onlarda olan məlumata görə, cinayətkara bu məsələdə iki nəfər kömək edib. Onlardan biri Anis Amri, digər isə hələlik ələ keçməmiş Klement adlı fransızdır.