22 avqust 2019 11:06
640

"Beşiktaş" "Tottenhem"in futbolçusunu transfer edir

"Beşiktaş" "Tottenhem"in futbolçusu Kevin Nkudunu transfer etmək üzrədir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə İstanbul klubunun idman direktoru Ali Naibi məlumat verib.  O, 24 yaşlı yarımmüdafiəçi üçün İngiltərə təmsilçisi ilə razılığa gəldiklərini bildirib. Klub rəsmisi fransalı oyunçunun bu gecə İstanbulda olacağı və tibbi müayinədən keçdikdən sonra onunla 4 illik müqavilə imzalanacağı vurğulanıb.

Xatırladaq ki, "Tottenhem" Nkudunu 2016-cı ildə "Marsel"dən 11 milyon avroya transfer edib.