25 yanvar 2020 11:53
1148

Beşiktaşın yeni baş məşqçisi Sergen Yalçın

“Beşkitaş” futbol klubunun prezidenti Ahmet Nur Çebi baş məşqçiu Abdullah Avcı ilə görüşdən sonra, klub təcrübəli məşqçi ilə yolları ayrıb.

“İki sahil” xəbər verir ki, Sergen Yalçınla görüşən Çebi hər məsələdə razılığa gəliblər. Rəsmi açıqlamanın bu gün və ya sabah olacağı gözlənilir. Komanda kapitanları ilə görüşən klub prezidenti bütün komandaya ultimatum verdi.

Kapitanlar Burak, Nəcib, Oğuzhan, Atiba, Gökhan və Caner ilə görüşən prezident Çebi yaxşı oyun göstərməmələri səbəbiylə oyunçulara sərt xəbərdarlıqlar etdi. Avcının göndərilməsindən sonra Tayfun Korkut, Səməd Aybaba və Sergen Yalçın adları baş məşqçi namizədləri kimi səsləndirilib. Tərəfdarlar komandanın baş məşqçisini Yalçını görmək istəyiblər. Klub prezidenti “Yeni Malatya”dan ayrılan təcrübəli məşqçi ilə anlaşıb.”Beşiktaş”ın əfsanəvi oyunçusu 47 yaşlı Sergen Yalçın 1,5 il müddətinə komandanın texniki rəhbəri olacaq.