25 noyabr 2020 03:23
793

Bəxtiyar Rəhmani Bakı klubuna keçidinin səbəbini açıqladı

"Hamı mənim hekayəmi bilir. İstədiyim vəziyyətin yaranmasını gözləyirdim. Ailə problemlərinə və ölkə xaricində oynamaq istəyimə görə legioner olmağa qərar verdim".

"İki sahil" "Report"a istinadən zəbər verir ki, bu fikirləri "Səbail"in yeni transferi Bəxtiyar Rəhmani "Parsfootball" nəşrinə açıqlamasında Bakı klubuna keçidi barədə danışarkən deyib.

İran millisinin sabiq üzvü koronavirus pandemiyasına görə Azərbaycan Premyer Liqasını seçdiyini bildirib: "Əsas heyətə düşmək üçün uzun müddət gözləsəm də, bunun baş verməyəcəyini gördüm. Başqa ölkələrdən də 100 faizlik təkliflərim var idi. Amma koronavirus problemi üzündən viza ala bilmədim və buraya gəldim".

Azərbaycan futbolunda yaxşı şərait olduğunu söyləyən 29 yaşlı yarımmüdafiəçi çempionatın gərgin keçdiyini vurğulayıb: "Burada İran liqasında olmayan xarakter var. İstənilən halda, çempionat asan deyil. 1-2 komanda Avropada uğurlu çıxış edir. Bizim kimi ortabab klubların da şəraiti yaxşıdır və rəqiblərimizlə başabaş mübarizə aparırıq. Buraya gələndə müqavilə şərtlərini uzun müddət müzakirə etdik. Çünki mənim üçün əsas olan ailəmdir".