24 noyabr 2020 21:14
1102

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası aviaşirkətlərin itkiləri barədə

Dünya aviaşirkətləri bu il və gələn il sərnişin daşımalarının kəskin azalması fonunda ümumilikdə 157 milyard dollar itirəcək.

"İki sahil"in məlumatına görə, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Aleksandr de Junyak deyib.

O bildirib ki, IATA-nın proqnozlarına əsasən, 2020-ci ildə sərnişinlərin sayı 1,8 milyard nəfərədək azalacaq. 2019-cu ildə bu rəqəm 4,5 milyard nəfərə bərabər olub: “Sərnişin daşımaları 2021-ci ildə qismən bərpa olunaraq 2,8 milyard nəfər həddində gözlənilir. Səbrsizliklə gözlənilən kütləvi peyvəndləmə 2021-ci ilin ortalarınadək ölkələr arasında aviaəlaqəyə müsbət təsir göstərməyəcək. Belə ki, sərhədlərin açılması 2021-ci ilin ortalarında gözlənilir”.

O əlavə edib ki, 2020-ci ildə sərnişin daşımalarından gəlirlər 69 faiz və ya 191 milyard dollaradək azalacaq.