10 dekabr 2019 19:19
830

Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı tədbir keçirilib

10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə İstanbulun Üsküdar meydanında maraqlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, bu gün münasibətilə adıgedən meydanda müharibə və digər səbəblərdən ölkələrini tərk etməyə məcbur qalan insanlara ithafən yol çantaları nümayiş etdirilir. Çantalar dəmir qorumalıqlarla əhatə edilib. Burada, eyni zamanda, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbul üzrə rəhbəri Bayram Şenocağın “Naməlum səfər” başlıqlı yazısı yerləşdirilib.

Qeyd edək ki, Beynəlxalq İnsan Hüquqları Günü 1948-ci ildə BMT Baş Assambleyasında Dünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi münasibətilə təsis edilib.