20 fevral 2019 15:47
728

Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirildi - FOTO

Beynəlxalq Muğam Mərkəzində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin magistratura pilləsinin məzunları konsert proqramı ilə çıxış edib.

Beynəlxalq Muğam Mərkəzindən “İki sahil”ə verilən məlumata görə, fevralın 19-da təşkil edilən gecədə Hüseynli Lalə, Abdullazadə Abbas, Şahbazlı Aysel, Əliyev Əmrulla, Mehdizadə Gülşən, Əlizadə Fuad, Cəfərova Aydan, Tağızadə Mahirin ifasında  R. Şumanın, F. Listin,A. Məlikovun, F.Şopenin, S. Raxmaninovun, P. Çaykovskinin əsərləri səslənib.

Gənclərin öz istedadlarının nümayişi həmişəki kimi maraqla qarşılanıb.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin nümayişi və təbliği məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm   yaradıcılıq  layihələri davam  edir.