26 noyabr 2020 20:05
511

Beyni gücləndirməyin rahat yolları

Bilməcə həll edin

Bilməcə həll etmək yaddaşınızı canlı tutur və beyninizin sol tərəfinin bolca elektrik çıxarmasını təmin edir. Sudoku,bilməcə… Sol beyninizi inkişaf etdirmənizi təmin edəcək.

Kompüter oyunu oynayın

Araşdırmalara görə kompüter oyunu oynamağın nizamlı olaraq həll etmə mexanizminizi hərəkətə keçirir və yaradıcılığınızı artırır. Fasilələrinizi bu şəkildə qiymətləndirə bilərsiniz.

Rəqəmlərlə iç-içə olun

Əməliyyatları beyninizdə həll etməyə çalışmaq, telefon nömrələrini əzbərləmək beyninizin sol yarımkürəsini hərəkətə keçirəcək. Sizin üçün əhəmiyyətli nömrələri əzbərləyərək məşq etməyə başlaya bilərsiniz.

Kitab oxuyun

Bəlkə TV izləmək daha asan gəlir. Ancaq kitab oxumaq intellektual səviyyənizi və söz xəzinənizi inkişaf etdirməklə qalmır, eyni zamanda beyninizin sol qismini də işlətməyinizə köməkçi olur.

Şəkil çəkin

Qarşınıza bir şəkil kağızı və yumşaq uclu bir qələm qoyun. Saatınızı 30 dəqiqəyə nizamlayın və çalışın.

Beyninizin hansı tərəfini istifadə edirsiniz? Hansı yarımkürənizi daha çox istifadə etdiyinizə nəzarət edin və beyninizin bilmədiyiniz istiqamətlərini kəşf edin.

Yazı yazın

Sözləri yaddaşınıza yerləşdirən və sizə təsirli danışma qabiliyyəti təmin edən tərəfiniz, beyninizin sol yarımkürəsidir.

Xətiz kağız seçin

Xətli kağız sizi sistemli olmağa məcbur edəcək. Kağız üzərinə qeyd edərkən nə qədər azad olsanız, sağ yarımkürənizi də o qədər azad buraxmış olarsınız.

Beyninizin sol yarımkürəsini gücləndirmək üçün nə etməlisiniz?

Musiqi dinləyin

Gün ərzində 15 dəqiqə ayırın və musiqi dinləyin, bu səfər sözlərə deyil, mahnının içərisindəki alətlərə diqqətinizi verin. Ritm duyğunuz beyninizin sağ tərəfinin nə qədər güclü olduğu ilə əlaqədardır.

Sol əlinizi istifadə edin

Bədəninizin sol tərəfiylə gündəlik işlərinizi etmək, beyninizin sağ yarımkürəsini hərəkətə keçirir. Buna görə solaxay olan insanlar daha çox incəsənət işləri ilə məşğul olur.

Yeni bir dil öyrənin

Bir dili qavramaq qabiliyyətinizin yolu, sol yarımkürənizdən keçir. Yeni bir dil öyrənmək bu bölgədəki əzələlərinizi gücləndirəcək.

 

Röya Rasimqızı, “İki sahil”