05 dekabr 2019 12:15
680

Bəzi marşrut xətləri müsabiqəyə çıxarılıb

Bakı Nəqliyyat Agentliyi tərəfindən 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.

Agentlikdən bildirilib ki, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.