24 sentyabr 2019 10:31
915

Bəzi rayonların təbii qaz təchizatında fasilə yaranıb

Bu gün saat 09:00-dan işlər başa çatanadək Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində istismarda olan orta təzyiqli yeraltı qaz xətti üzərində tənzimləyici qurğunun quraşdırılması ilə bağlı rayonun bir neçə yaşayış məntəqəsində, Ağdaş rayonu ərazisində yerləşən qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi məqsədilə isə Ağdaş rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. Bundan başqa, saat 10:00-dan etibarən Neftçala rayonunun Surra kəndi istiqamətində orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı rayonunun bir neçə yaşayış məntəqəsində qaz olmayacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.