02 dekabr 2019 19:07
124

Binəqədidə YAP üzvlərinin təbliğatı davam edir

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin təbliğat-təşviqat mərhələsinə start verib. İlk növbədə rayon təşkilatının Gənclər Birliyinin fəalları namizədlərin şəkilləri əks olunan təbliğat vasitələrini rayonun ərazisində yerləşən Dairə Seçki Komissiyalarının məntəqələrində quraşdırılan təbliğat lövhələrində yerləşdiriblər.

Məlumat üçün bildirək ki, bələdiyyə seçkilərində Binəqədi rayonunda fəaliyyət göstərən 5 bələdiyyə üzrə 81 yerə YAP Binəqədi rayon təşkilatı tərəfindən 81 nəfərin namizədliyi irəli sürülüb.

Taleh Bağırov, “İki sahil”