10 avqust 2020 14:19
1323

Bir dövr başa çatır: “Google” bağlama qərarı verdi!

“Google” milyonlarla istifadəçiyə xidmət edən xidmətini rəsmi olaraq bağlayır.

“İki sahil” xəbər verir ki, “Google” illər sonra köklü bir dəyişiklik edərək populyar tətbiqini bağlayır.

“Spotify” və “Apple Music” ilə rəqabətdən kənarda qalmaq istəməyən “Google”, “YouTube Music” platformasını istifadəyə verdi. İndi isə növbəti addımı ataraq “Google Play Music” tətbiqini bağlayır. Tətbiqin oktyabr ayında tamamilə bağlanacağı bildirilir.

Bu platformadan olan musiqi alıcıları al-verlərini “YouTube Music” vasitəsilə apara biləcəklər.