16 oktyabr 2019 16:32
1081

Bir günə 7 milyona yaxın izləyici topladı - FOTO

Dünyaca məşhur aktrisa Cennifer Eniston İnstaqram sosial şəbəkəsində özünə hesab açıb.

"İki sahil" "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünən qeydiyyatdan keçən profil artıq rəsmiləşdirilib.

Maraqlısı odur ki, cəmi bir foto paylaşan Cenniferi izləyənlərin sayı 6 milyon 700 min nəfərə çatıb. Onun dostları ilə paylaşdığı selfisini isə 9 milyona yaxın izləyici bəyənib.