21 may 2019 16:19
685

BMT-nin Baş katibi fəlakət zonasına çevrilən Araldan yazıb

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterriş öz “İnstagram” səhifəsində fəlakət zonasına çevrilən Araldan yazıb.

AZƏRTAC xəbər verir ki, 2017-ci ildə Antoniu Quterriş Özbəkistanda səfərdə olarkən Aral gölünün sahilinə də gedib və gölün quruyan hissəsinin fonunda şəkil çəkdirib.

Baş katib yazır ki, iki il əvvəl mən Aral dənizinin sahillərində oldum və müasir dövrümüzün ekolofi fəlakəti olan Aralı öz gözlərimlə gördüm. Aral nə vaxtsa dünyada böyüklüyünə görə dördüncü böyük göl olub, son bir neçə onilliklər ərzində isə Aralın quruması regionda bir sıra ekoloji problemlər yaradıb.

Xatırladırıq ki, 1960-cı ildən başalyaraq Amurdərya və Sırdərya çalyarından Arala gedən su mənbələrinin suvarmaya ayrılması nəticəsində göldə suyun səviyyəsi sürətlə aşağı düşməyə başlayıb.