"Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərindən müsbət nəticə gözləmirəm".
''Report'' xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Brüsselə səfərinin yekunları barədə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistan tərəfi bu səfər ətrafında şou təşkil edib. "Düşünürəm ki, rəsmi kanallar çərivəsində irəliləyiş olmasa xalq diplomatiyasının Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi təsiri olmayacaq".