23 avqust 2019 12:13
569

Bolqarıstanın 8 bölgəsində yanğın təhlükəsi elan olunub

Bolqarıstanın milli meteorologiya və hidrologiya institutunun məlumatına əsasən, bu ölkənin 8 bölgəsində güclü yanğın təhlükəsi elan olunub. Bildirilir ki, Montana, Pleven, Vratsa, Veliko-Tırnovo, Ruse, Dobriç, Loveç və Pazardjik bölgələrində güclü və tez yayılan yanğının baş verməsi mümkündür. Bolqarıstanın ətraf mühitin qorunması üzrə naziri Neno Dimov bildirib ki, ölkədə yanğınlar səbəbindən havanın çirklənməsi baş verir amma bu göstərici hələ ki, qəbul olunan normadan artıq deyil.