28 yanvar 2020 18:51
1218

Böyük ruh yüksəkliyi, möhtəşəm qələbə əzmi

Yanvarın 28-də Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən parlament seçkilərində namizədliyi irəli sürülmüş Kamran Bayramovun Daşkəsən rayonunun Quşçu körpüsü qəsəbəsində və Çovdar kəndində seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsinin sədri Meydanəli Yolçuyev və partiya fəalları iştirak ediblər.

Görüşlərdə çıxış edən K.Bayramov qeyd edib ki, Yeni Azərbaycan Partiyası fevralın 9-da keçiriləcək növbəti parlament seçkilərinə də böyük ruh yüksəkliyi və möhtəşəm qələbə əzmi ilə qatılır. O, ötən 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə böyük inkişaf yolu keçdiyini vurğulayaraq seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Seçicilər Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatları, ölkəmizin günbəgün inkişafını, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını yüksək qiymətləndirib və daim dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar. Həmçinin seçicilər Kamran Bayramovun sakinlərin rəğbətini qazandığını qeyd ediblər.

Seçicilər fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində seçki məntəqələrinə gedərək cənab Prezident İlham Əliyevin siyasətinə xidmət edən Kamran Bayramova səs verəcəklərini bildiriblər.

Görüşlərdən sonra Kamran Bayramov bir neçə sakinin evində olub.

Cavid Əkbərov, “İki sahil”