10 iyul 2020 13:00
1455

Böyük Şor gölü təmizlənir

Bakının Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası gölün təmizlənməsi işlərini həyata keçirir. Artıq gölün çirkab qatının toplandığı hissəsi bon çəpəri ilə məhdudlaşdırılıb. Əraziyə toplanmış çirkab maddələr yığılaraq ərazidən kənarlaşdırılır.

Ümumilikdə Xidmət tərəfindən gölün çirkab qatının toplandığı hissəsinin əksəriyyətitəmizlənib. Gölün yaxın günlərdə tam olaraq çirkabdan təmizlənməsi nəzərdə tutulub.