24 noyabr 2020 11:24
605

Braziliya Sülh Bəyanatından razıdır

Braziliya Senatının birinci Vitse-spikeri, Senatda Braziliya-Azərbaycan Dostluq qrupunun Sədri Antonio Anastasia və Deputatlar Palatasındakı Braziliya–Azərbaycan arasında mövcud olan Dostluq qrupunun Sədri, konqresmen Klaudio Kajado tərəfindən Prezident İlham Əliyevə təbrik məktub ünvanlayıb.

Ölkəmizin Braziliyadakı səfirliyindən “İki sahil”ə verilən məlumata görə, məktubda Dağlıq Qarabağ bölgəsindəki müharibəyə son qoyan Azərbaycan və Ermənistan arasında Sülh Bəyanatının imzalanması xəbərinin böyük məmnuniyyət və sevinc hissi ilə qəbul etdikləri bildirilmiş və bu münasibət ilə Prezident İlham Əliyevə öz təbriklərini çardırıblar. Qəbul olunmuş barışıq qərarını tam dəstəkləyən məktub müəllifləri, ölkəmizə əmin-amanlıq, sosial və iqtisadi inkişaf arzulayıblar.