04 avqust 2020 14:18
797

Braziliyada bir gündə 561 nəfər virusdan öldü

Braziliyada son sutka ərzində 561 nəfər koronavirusun qurbanı olub.

Bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə indiyədək 94 665 nəfər COVID-19 virusundan ölüb. İnfeksiyaya yoluxanların sayı 16 641 nəfər artaraq 2 750 318-ə çatıb. Bu günə kimi 1 912 319 xəstə sağalıb.

Qeyd edək ki, Braziliya koronavirusa yoluxma sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir. //Azvision.az