14 avqust 2020 20:17
1100

BŞBPİ-də kadr təyinatı

Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) kadr təyinatı olub.

Trend-in məlumatına görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Bəkir Sarıyev Bakı şəhər BPİ-nin Təşkilat-İnspektor İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, B.Sarıyev həmin idarənin rəis müavini vəzifəsində xidmət göstərib.