Yanvarın 29-da Avropa Parlamenti Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının şərtlərini təsdiqləyəcək.
AZƏRTAC xəbər verir ki, 27 ölkədən 751 nümayəndə əvvəlcə Brüsseldə Brexit müqaviləsi üzrə müzakirələr aparacaq.
Avropa Parlamentinin müqaviləni təsdiqləməsi ilə Brexit sazişinin irəliləməsinə son maneə də aradan qalxmış olacaq.
Xatırladaq ki, Böyük Britaniya yanvarın 31-də 23:00-da Avropa İttifaqını tərk edəcək.