04 iyul 2020 19:53
863

Bu gün Bakıda 544 küçə dezinfeksiya edilib

İyulun 4-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin qırx ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin iyirmi ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq yeddinci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, saat 18:00-dək davam edən tədbir zamanı şəhər mərkəzi və paytaxtın kənar rayonlarda ümumilikdə 544 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya olunub.

Görülən bu işlər Bakıda sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.