15 iyul 2019 21:19
708

Bu gün İspaniyada dəmiryolçular tətil edir

İspaniyada dəmiryolçuların tətili ucbatından 320 qatar reysi ləğv edilib

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar 320 qatar reysi ləğv olunub.

Şəhərətrafı qatarlar adəti üzrə daşımaların sayının yalnız 75 faizini, orta uzaqlığa gedən qatarlar – 65 faizini, yüksəksürətli AVE heyəti isə 72 faizini həyata keçirəcəklər.

İşçilər “Renfe” dövlət dəmir yolu şəbəkəsinin kadr siyasətindən narazıdırlar. Onların sözlərinə görə, rəhbərlik yeni iş yerləri açmaq əvəzinə mövcud ştatların üzərinə əlavə vəzifələr qoyur. Onlar əmək şəraitinin yaxşılaşdırılmasını və əməkhaqqının artırılmasını tələb edirlər.