19 sentyabr 2019 11:41
686

Bu gün “Qarabağ” “Sevilya” ilə qarşılaşacaq

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsində ilk oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, rəqib İspaniyanın “Sevilya” klubudur. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:55-də start götürəcək.

Qarşılaşmanın idarə olunması Yevgeni Aranovskinin başçılıq etdiyi ukraynalı hakimlər briqadasına tapşırılıb.

“Qarabağ” 5-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır. Lakin Qurban Qurbanovun yetirmələri indiyədək növbəti mərhələyə adlaya bilməyiblər.

“Sevilya” isə UEFA Avropa Liqası turnirinin rekordçusudur. Andalusiya təmsilçisi 6-cı dəfə UEFA Avropa Liqasını qazanmaq üçün uzun yola Bakıdan başlayacaqlar.