24 yanvar 2020 14:12
1098

Bu il “Bahar” yatağından qaz hasilatı azalacaq

Cari ildə Xəzər dənizinin Azərbaycan sektorundakı “Bahar” yatağından təbii qaz hasilatı azalacaq.

Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, “Bahar” yatağında 2019-cu ildə yeni qaz quyusunun qazılması illik iş proqramına əsasən planlaşdırılıb, lakin podratçılar tərəfindən bu işlər təxirə salınıb. Cari ildə isə yeni quyunun qazılması planlaşdırılmadığından və eləcə də təbii düşmə tempi nəzərə alınaraq ötən ilə nisbətən 2020-ci il üzrə qaz hasilatının planlı olaraq azalması müşahidə edilir.

Qeyd edək ki, “Bahar” yatağı qaz-kondensat yatağıdır. Bakıdan 40 kilometr cənub-şərq-cənuba doğru dənizdə yerləşir. “Bahar” yatağı 1969-cu ildən sənaye işlənməsinə verilib. //AZERTAC