18 oktyabr 2019 12:32
901

Bu il qaz anbarlarına 2,1 milyard kubmetr qaz tədarük edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) III rüb də daxil olmaqla bu il yeraltı anbarlara 2,110 milyard kubmetr təbii qaz tədarük edib.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında qeyd edilib. Bildirilib ki, hazırda qaz anbarlarında 2,880 milyard kubmetr qaz var və anbarlara qazın vurulması prosesi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda iki - “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarları mövcuddur. Qaz anbarlarına qazvurma mövsümü aprel-noyabr aylarını əhatə edir.