15 iyul 2020 20:50
1523

Bu ilin 5 ayında 1258 əkiz, 42 üçəm doğulub

Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat öbələri tərəfindən 47206 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4 təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 1258-i əkiz, 42-si isə üçəm olub.