30 sentyabr 2020 17:09
643

Bu məktəblərdə ənənəvi formada tədris aparıla bilər

"Məktəblər iki kateqoriyaya ayrılır: şagird sayı 200-dən yüksək və 200-dən aşağı olanlar".

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, şagird sayı 200-dən az olan kiçik kənd məktəblərində yoluxma olmadığını nəzarə alaraq həftədə iki dəfə deyil 5 dəfə ənənəvi formada tədris aparıla bilər: "Belə məktəblərin sayı 2 307-dir"