28 yanvar 2021 15:39
864

Bu ölkədə COVID pandemiyası ilə bağlı ağır vəziyyət yaranıb

Portuqaliya hazırda COVID-19 pandemiyasının “dəhşətli mərhələsini” yaşayır və vəziyyət yalnız bir neçə həftəyə yaxşılaşa bilər.

"İk isahil" xəbər verir ki, bunu TVI telekanalına ölkənin Baş naziri Antoniu Koşta bildirib. Onun sözlərinə görə, ölkədə vəziyyət sadəcə ağır deyil, “dəhşətlidir”. Koştanın fikrincə, vəziyyətin bu dərəcədə pisləşməsinə hakimiyyətin Milad bayramı dövründə məhdudiyyətləri yumşaltması və insanların bir araya çox toplaşması səbəb olub.

Portuqaliya ötən ilin yazında pandemiyanın birinci dalğasını Avropanın cənubundakı və qərbindəki qonşuları ilə müqayisədə nisbətən sakit keçirib. Hətta yay aylarında yoluxma səviyyəsinin yüksək olmadığı ölkələrdən turistlər qəbul edib. Lakin payızda vəziyyət pisləşməyə doğru dəyişib. Təxminən 10 milyon əhalisi olan ölkədə hazırda 670 minə yaxın insanın koronavirusa yoluxduğu aşkarlanıb, 11,3 min nəfər isə həyatını itirib.