03 iyul 2020 13:36
1375

Bu prospektdə hərəkət 2 günlük qismən məhdudlaşdırılır - XƏRİTƏ

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 04 və 05 iyun tarixlərində Ziya Bünyadov prospektinin “3-cü mikrorayon” dairəsi üzərindən küçən yol ötürücüsünə “20 yanvar” dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

"İki sahil" xəbər verir ki, alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.