27 noyabr 2020 16:13
1524

Bu qadın evində 480 pişik, 12 it saxlayır FOTO

Omanın paytaxtı Maskatda yaşayan Məryəm əl-Bəluşi adlı qadın evini 480 pişik və 12 köpək ilə paylaşır.

"İki sahil“ report-a istinadən xəbər verir ki, bu barədə məlumatı AFP yayıb.

“Heyvanları, xüsusilə pişik və köpəkləri insanlardan daha inanclı sayıram. Onlar bu səbəbdən çoxumuzdan daha çox vicdanlı və vəfalıdırlar”, - Məryəm əl-Bəluşi söyləyib.

51 yaşlı təqaüdçü qadının sözlərinə görə, 2008-ci ildə İran pişiyinə yiyələnədək həmişə heyvanlardan çəkinib, ancaq sonra onlardan əl çəkə bilməyib: “Bir çox ana kimi, mən də gigiyena baxımından və oğluma zərər verə biləcəyi mövzusunda narahat idim. Ancaq belə olmadı. İki il sonra daha bir pişiyə yiyələndik. Ardınca onlar həyatımın ən böyük məqsədlərindən birinə çevrildi. Daha sonra evimizdə baxdığımız pişiklərin sayı 400-ə çatdı”.

Bundan başqa, Məryəm əl-Bəluşi bir müddət sonra qonşularının etirazı ilə qarşlaşdığını və bu səbəbdən 2014-ü ildə kirayəçi kimi yaşadığı evi aldığını bildirib.