15 avqust 2019 11:08
435

Bu rayonlarda qazın təchizatı dayandırılacaq

Bu gün Bakının bəzi rayonlarında və Beyləqan rayonunda təbii qazın verilişində məhdudiyyətlər yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, orta təzyiqli qaz xətlərində sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan etibarən Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində, saat 12:00-dan etibarən Binəqədi rayonunun bir hissəsi və bir neçə sənaye müəssisəsində, həmçinin saat 14:00-dan etibarən Beyləqan rayonunun mərkəzində təbii qazın təchizatı dayandırılacaq.