10 iyul 2020 16:22
1103

Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq 11-12 iyul tarixlərində Bakının Ziya Bünyadov prospektinin  “20 yanvar” istiqamətindən  “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş, həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.  

"İki sahil" xəbər verir ki, alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin o cümlədən  Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.