24 fevral 2020 17:51
1310

Budapeşt konfransında xarici ekspertlər çıxış edirlər

Budapeştdə keçirilən “İnsani faciələrin izləri: vətəndaş fəallığının gələcəyi” mövzusunda beynəlxalq konfransda adlı-sanlı xarici ekspertlər çıxış edirlər.

İrqçiliyə qarşı Avropa Şəbəkəsinin Məşvərət Şurasının sədri Başi Qurayşinin moderatorluq etdiyi panel iclasında Soyqırımı və Kütləvi Qırğınlara qarşı Budapeşt Mərkəzinin sədri Dyörd Tatar, ATƏT sədrinin dözümsüzlüyə və ayrı-seçkiliyə qarşı mübarizə üzrə keçmiş şəxsi nümayəndəsi professor Bülənt Şenay və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin İcraiyyə Komitəsinin sabiq prezidenti Jan Mari Heydt çıxış ediblər.

Natiqlər dünya ictimaiyyətinin mümkün soyqırımı ocaqlarının vaxtında aşkarlanmasına və bu barədə xəbərdar edilməsinə, hazırlanmaqda olan soyqırımlarının qarşısının alınmasına və baş verənlərin pislənməsinə dair səylərinin artırılmasının vacibliyini vurğulayıblar.

Xatırladaq ki, bugünkü konfrans Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilib. //AZƏRTAC