15 may 2019 14:30
185

Buğda idxalı 65 faiz artıb

Bu ilin yanvar-aprel aylarında ölkəyə 117 milyon  79,98 min ABŞ dolları dəyərində buğda idxal edilib ki, bu da ötən ilin eyni dövründəki (70 milyon  971,29 min ABŞ dolları) ilə müqayisədə 65 faiz çoxdur.

“İki sahil” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.  

İdxalın həcminə gəlincə, 4 ayda ölkəyə 518 min 704,31 ton buğda gətirilib ki, bu da ötən ilin analoji dövrü (406 min  842,41 ton) ilə müqayisədə 27,5 faiz çoxdur.

Hesabat dövründə buğda idxalı ümumi idxalın  2,57 faizini təşkil edib.