24 may 2019 10:24
1468

Bunları bilirdinizmi?

Məhbuslarının sayı ən çox olan ölkə ABŞ-dır. Hətta deyə bilərik ki, kimisə həbsxanaya salmaq məsələsində bu ölkəyə tay yoxdur. ABŞ-da dünya əhalisinin 5 faizi yaşayır və dünyada olan məhbusların 25 faizi (təxminən 2,2 milyon insan) də məhz bu ölkənin sərhədləri daxilindədir.

Saat zolaqlarının ən çox olduğu ölkə Fransadır. Fransanın dəniz əraziləri daxil olmaqla bütün ölkə ərazisinə diqqət yetirsək görərik ki, bu ölkə 12 saat zolağında yerləşir. ABŞ 11, Rusiya isə 9 saaat zolağını əhatə edir.

Yolları mərcan liflərindən olan dünyada yeganə ölkə Quamdır.  Bu ölkədə təbii qum yoxdur, ona görə də orada asfaltı mərcan liflərindən və neftdən istifadə etməklə hazırlayırlar.

Göllərin sayının ən çox olduğu ölkə Kanadadır. Dünya göllərinin 60 faizi Kanada ərzisindədir. Kanadada ölkənin 9 faizini tutan 3 milyondan çox göl olduğu qeydə alınıb.

Opiumun ən böyük istehsalçısı olan ölkə Əfqanıstandır.  Dünyada istehsal olunan opiumun 95 faizi bu ölkənin payına düşür.

Oksigenin ən böyük istehsalçısı olan ölkə Rusiyadır. Dünya meşələrinin təqribən 25 faizi Sibirdə yerləşir və ABŞ-ın kontinental hissəsindən çox ərazini əhatə edir ki, bu da Rusiyanı dünyanın ən güclü karbon qazını oksigenə çevirən ölkə edir.

Dünyanın ən təhsilli ölkəsi Kanadadır. Bu ölkədə əhalinin 50 fazinin təhsili orta ixtisas təhsilindən aşağı deyil. Kanadadan sonra İsrail 45 faiz, Yaponiya 44 faiz təşkil edir.

Ən gənc əhalisi olan Nigeriyadır. Nigeriya əhalisinin təqribən yarısı 15 yaşdan gəncdir .

Dillərinin sayı ən çox olan ölkə Papua-Yeni Qvineyadır. Ölkənin rəsmi dili ingilis dili olsa da, bu dildə əhalinin yalnız 2 faizi danışır. Ölkə əhalisi 820-dən çox müxtəlif dillərdən istifadə edirlər ki, bu da dünya dillərinin təxminən 12 faizini təşkil edir.

Nilufər Mustafaqızı, “İki sahil”