22 yanvar 2020 13:35
960

Burkina-Fasoda silahlı basqın – 36 ölü

Burkina-Fasoda bazara və kəndə silahlı basqın edilib.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində 36 nəfər ölüb.

Sanmatenqa bölgəsinin Naqraoqo kəndi ərazisində yerləşən bazarda 32 nəfəri qətlə yetirən silahlılar Alamou kəndi yaxınlığında da 4 nəfərin həyatına son qoyublar.

Hadisə ilə əlaqədar Burkina-Faso prezidenti Roch Mark Kabore ölkəsində 2 günlük matəm elan edib