15 avqust 2020 15:11
1522

Cari ildə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 16,7 milyon ton neft daşınıb

Yanvar-iyul aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 20 milyon 997,2 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 79,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 7 ayda bu kəmərlə 16 milyon 745,3 min ton neft nəql edilib. Hesabat dövründə BTC ilə 2 milyon 418,8 min ton tranzit nefti də ötürülüb.