10 dekabr 2019 15:05
877

Cavab oyunlarının vaxtı açıqlanıb - Azərbaycan Kubokunda

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

"Report"un məlumatına görə, iki günü əhatə edəcək mərhələnin bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

19 dekabr (cümə axşamı)

15:00. “Zirə” – “Səbail”

Zira İdman Komleksinin stadionu

18:00. “Sabah” – “Qəbələ”

“Bank Respublika Arena”,

20 dekabr (cümə)

17:00. “Sumqayıt” – “Neftçi”

“Kapital Bank Arena”,

20:00. “Keşlə” – “Qarabağ”

“ASCO Arena”