18 oktyabr 2019 16:24
716

Cəbəllütariqdə keçirilən seçkilərdə Fabian Pikardo qalib gəlib

Cəbəllütariqdə keçirilən ümumi seçkilərdə GSLP Liberal Alyansının lideri Fabian Pikardo qalib gəlib. O, “Brexit” prosesində Cəbəllütariqin idarə olunmasına məsuliyyət daşıyacaq.

AZƏRTAC xəbər verir ki, seçkilərin nəticələrin Con MakKintoş zalında açıqlanıb. Nəticələr 9961 səslə üçüncü müddətə seçilən F.Pikardonun kütləvi şəkildə dəstəkləndiyini təsdiq edib. Liderlik edən alyans 52,49 faiz səs toplayıb ki, bu da Cəbəllütariq parlamentindəki (Llanita) 17 kreslodan 9-na sahib olmaq deməkdir.