06 avqust 2020 14:03
1357

Ceff Bezos “Amazon”u satıb?

Ceff Bezos “Amazon”un bir milyon səhmini 3,1 milyard dollara satıb

“Amazon.com Inc” rəhbəri Ceff Bezos kompaniyanın bir milyon səhmini 3,1 milyard dollardan baha qiymətə satıb.

Bu barədə məlumat kompaniyanın avqustun 5-də Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyaya (SEC) göndərdiyi sənəddə yer alır.

Bu il bir müddət öncə Ceff Bezos “Amazon” kompaniyasının 4,1 milyard dollarlıq səhmlərini də satmışdı.

Qeyd edək ki, koronavirus infeksiyası səbəbindən elan olunan pandemiya şəraitində internet-riteyler xidmətlərinə tələbatın kəskin artması fonunda “Amazon” kompaniyasının səhmləri 73 faiz bahalaşıb. Beləliklə, “Bloomberg Billionaires” indeksinə görə, Ceff Bezosun varidatı 74,9 milyard dollar artaraq 189,8 milyard dollara çatıb. Hazırda “Amazon”un rəhbəri kompaniyanın 54 milyondan çox səhminə sahibdir. //AZƏRTAC