15 iyun 2019 15:46
1228

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə nazirliyin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə şəxsi heyəti və kursantların yaxınlarını təbrik ediblər.

Kursantlar onlara göstərilən etimadı doğruldacaqlarına, dövlətə gərəkli vətəndaş, orduya dəyərli zabit olacaqlarına, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz veriblər.

Mərasimdə liseyin yaş kötüyünə 2019-cu il buraxılışının rəmzi xatirə lövhəsi vurulub.

Sonra təhsildə və nizam-intizamda fərqlənən bir qrup kursanta qiymətli hədiyyələr təqdim olunub.

Məzunların bayrağı üçüncü kursa təhvil verildikdən sonra kursantlar təntənəli marşın sədaları altında tribunanın önündən keçiblər.