08 aprel 2020 14:03
1492

Cəngavərlər adası: Malta - FOTO

Malta Aralıq dənizinin ortasında tarix boyu böyük müharibələrin şahidi olan bir yerdir. Osmanlının Rodosu fəthindən sonra Maltaya qaçan Jean cəngavərlərinin sığındığı Malta tarix boyu dəniz quldurları üçün də yaxşı bir sığınacaq olub.

“İki sahil” xəbər verir ki, Malta ərazi baxımından kiçik olsa da yüksək turizm potensialı olan bir adadır. Tarixi və yerləşdiyi yeri Maltanın ən diqqətəlayiq tərəfləridir.

Malta adasında ilk yaşayış məskənləri Neolit ​​dövründən başlayır. Finikiyalıların daimi məskunlaşmağa başladığı ada ticarətdə irəliləyiş əldə edib.

Coğrafi cəhətdən Aralıq dənizinin ortasında yerləşən ada həm şərqdən həm də qərbdən gələn ticarətin kəsişdiyi yer idi. Bu mövqe adanı tarix boyu həm ələ keçirmək, həm də zənginliyi baxımından diqqətdə olub.

Finikiyalılardan sonra Roma İmperiyasının hakimiyyəti altına keçən ada, tez bir zamanda Müqəddəs Polun təsiri ilə xristianlığı qəbul edib.

Roma ikiyə bölündükdən sonra Malta Şərqi Roma İmperiyasının bir hissəsi olub. Ada əsrlər boyu səlib yürüşlərinin əsas yerindən olurdu.

Sultan Süleyman Qanuninin hakimiyyəti dövründə mühasirəyə alınan Malta dörd ay davam edən qarşıdurmaya baxmayaraq Osmanlı hakimiyyəti altına keçmədi.

Malta təbii gözəlliyi ilə məşhur bir adadır. Tarixi quruluşlarından əlavə çimərlikləri də turistlərin diqqətini cəlb edir. Mellieha, Ghajn Tuffieha, Armier və Ramla L-Hamra adanın ən məşhur çimərlikləridir.

Təbiəti ilə ön sırada olan Malta bir çox Hollivud filmlərinin də çəkilişlərinə  ev sahibliyi edib. Bunlara son illərin ən çox izlənən dramı olan “Troya”, “Qladiator” filmləri və “Game of Thrones” serialı daxildir.

"Gantija Məbədi" və ya Devin Məbədi Neolit ​​dövründən qalmış bir tikilidir. Gozo adasında yerləşən məbəd bölgənin ən qədim insan işlərindən biridir. Digər tərəfdən Malta limanı təbii liman olduğu üçün turistlərin diqqətini çəkir. 1283-cü ildə qurulan və bütün mühasirələrə müqavimət göstərən Malta qalasını da görməyə dəyər.

Əhalinin təxminən 90 %-i şəhərlərdə yaşayan Maltada ölkənin ən böyük gəlir mənbəyi turizmdir. Buna görə ölkədə çox sayda otel və yataqxana tapmaq mümkündür.

İsti Aralıq dənizi iqlimi və ərazisinin kiçik olduğundan Malta kənd təsərrüfatı məhsullarına olan tələbatını xaricdən alır. Ölkənin ən vacib məhsullarından biri Malta gavalısıdır. Bundan başqa, ada mətbəxində dəniz məhsullarına çox güvənir.

Ərazisinin kiçik olduğuna görə adada heç bir magistral yol və ya metro şəbəkəsi yoxdur. Nəqliyyat əsasən dəniz nəqliyyat vasitələri və avtobuslarla təmin olunur.

Orxan Vahidoğlu, "İki sahil"