“Paşinyanın “Qarabağ məsələsinin diplomatik həlli yoxdur” açıqlaması Ermənistanın əsl niyyətini ortaya qoymaqdadır”.
"İki sahil"-in məlumatına görə, bu sözləri Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın “Twitter” hesabında yazıb.
İbrahim Kalın bildirib: “Kimin müharibə istədiyi bəllidir. Bu hal Türkiyənin və Azərbaycanın haqlı olduğunu təsdiq edir. Cənubi Qafqaza sülh və sabitlik ancaq Qarabağın işğaldan azad olunması ilə gələcək”.