20 avqust 2019 12:18
666

Ceyranbatan qəsəbəsində dördotaqlı ev yanıb

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli evdə güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində dördotaqlı ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.